• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1634
— 09.04.2021 15:58

“Azəralüminium”un əmək qabiliyyətini itirmiş işçilərinə yeni qaydada müavinət veriləcək

KepezTV Player

“Azəralüminium” Səhmdar Cəmiyyətinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ödənilməsi qaydasına dair mövcud normativ hüquqi aktlar təkmilləşdiriləcək. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb. Sənədə əsasən, “Azəralüminium” Səhmdar Cəmiyyətinin Sumqayıt istehsalat sahəsinin istifadəsində olan 75.4 hektar torpaq sahəsi icarəyə vermək hüququ ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi üçün İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilir.

Dövlət başçısının digər sərəncamları ilə Tibb xidməti polkovniki Elxan İbrahimova “tibb xidməti general-mayoru” ali hərbi rütbəsi, Azərbaycan Tibb Universitetinin əməkdaşlarına isə fəxri adlar verilib, bir qismi "Tərəqqi” medalı ilə təltif edilib.