• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 09.04.2021 16:23

Süni mayalanma mütəxəssislərinə sertifkatlar verilib

KepezTV Player

Respublika Süni Mayalama Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi ilə BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının birgə keçirdiyi "FAO-Azərbaycan" Tərəfdaşlıq proqramı çərçivəsində süni mayalanma mütəxəsisləri üçün təşkil edilən təlimə yekun vurulub. Bir il ərzində 5 təlim keçirilib və burada 60 mütəxəssis iştirak edib. FAO-nun yerli və beynəlxalq ekspertləri tərəfindən icra olunan təlimlərdə iribuynuzlu heyvanlarda süni mayalanmanın tətbiqi izah edilib. Layihə Mərkəzin bu sahədəki maddi texniki bazasının gücləndirilməsinə dəstək verəcək. Təlimi uğurlu keçən şəxslərə sertifikatlar və müvafiq avadanlıqlar verilib.

Leyla Məmmədova - Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini: Bu proqram çərçivəsində məzun olan şəxslərin xidmətlərindən istifadə edərək ölkəmizdəki heyvandarlığın inkişafına dəstək göstərmiş olacaqlar.

Namiq Məmmədov - FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının rəhbəri: Növbəti addımlarımız heyvandarlıq sahəsində embrotransferinin başlanması eyni zamanda qoyunçuluq sahəsində də müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Bu baxımdan FAO-Azərbaycan ofisi bu sitiqamətdə işlərini davam etdirəcək.

Elton Əbdürrəhmanov - Respublika Süni Mayalanma Mərkəzinin direktoru: Hər il 60-100 arası mütəxəsis yetişdirilməsini və bunu bütün regionlarda ucqar kəndlərə belə çatdırılmasına çalışacağıq.

Tural Həsənov - iştirakçı: Bizim rayonda süni mayalanma mütəxəsisləri var. Biz bunların sayını artırmağa çalışacağıq. Heyvanların məhsuldarlığı artısın, cins tərkibi daha da yaxşılaşsın.