• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1567
— 09.04.2021 15:33

COVİD peyvəndinin vurulması ilə bağlı saxta sənəd verənlər işdən çıxarılıblar

KepezTV Player

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə koronavirus əleyhinə peyvəndin vurulması ilə bağlı vətəndaşların saxta sənəd əldə etməsi barədə məlumatlar yayılıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatına əsasən, yayılan məlumatlar yerindəcə araşdırılıb. Ölkə üzrə bir neçə tibb müəssisəsində, o cümlədən Gəncə şəhəri üzrə 2 nömrəli Şəhər Poliklinikasında çalışan, ümumilikdə 12 nəfər işdən kənarlaşdırılıb və onların əmək müqavilələrinə xitam verilib.