• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 09.04.2021 15:47

Ramazan ayı ilə bağlı fətva verildi

KepezTV Player

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar Fətva verib. Bu il üfüqümüzdə təzə Ayın aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edəcək. Eydül-Fitr–Ramazan bayramı isə Ayın görünməsindən asılı olaraq may ayının 13-də qeyd olunacaq. Yoluxmaların artma təhlükəsi olduğundan, QMİ xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırır.