• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 09.04.2021 12:17

Hərbi əsirlər mövzusu bağlanıb

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramov ötən gün İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin ilə görüşüb. Nazir azad edilmiş ərazilərdə vaxtı ilə Ermənistan tərəfindən basdırılan minaların insan həyatına çox ciddi təhdid təşkil etdiyini və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsinin müharibə cinayətinə bərabər olduğunu vurğulayıb. Baş katibi Yusif bin Əhməd əl-Osaymin azad edilmiş ərazilərdəki dağıntılardan xəbərdar olduğunu bildirib, tarixi abidələrin, dini ibadətgahların qorunmasının çox önəmli məsələ olduğunu qeyd edib. Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsini ciddi təhlükə adlandırıb.

Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, hərbi əsirlər mövzusu artıq öz həllini tapıb və bu mövzu bağlanıb.