• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1174
— 09.04.2021 09:30

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

KepezTV Player

Xarici İşlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin ilə görüşüb.Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İƏT-in birmənalı dəstəyi və bu çərçivədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı qətnamələrin qəbul edildiyi qeyd edilib. Nazir azad edilmiş ərazilərdə vaxtı ilə Ermənistan tərəfindən basdırılan minaların insan həyatına çox ciddi təhdid təşkil etdiyini və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsinin müharibə cinayətinə bərabər olduğunu vurğulayıb. Baş katib azad edilmiş ərazilərdəki dağıntılardan xəbərdar olduğunu bildirib, tarixi abidələrin, dini ibadətgahların qorunmasının çox önəmli məsələ olduğunu qeyd edib. Həyata keçirilən yenidənqurma və bərpa prosesində İƏT-in İslam İnkişaf Bankı, eləcə də digər institurlarının iştirak edəcəyini vurğulanıb.