• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 08.04.2021 20:25

İrəvanda itkin hərbçilərin yaxınları yolları bağladılar

KepezTV Player

İrəvanda müharibə vaxtı itkin düşmüş hərbçilərin yaxınları növbəti dəfə etiraz aksiyası keçiriblər. Etirazçılar Ermənistan Müdafiə Nazirliyinə gedən bütün yolları bağlayıblar.Hadisə yerinə çoxlu sayda polis qüvvələri, o cümlədən hərbi polis cəlb edilib. Aksiya iştirakçıları itkin düşən əsgərlərlə bağlı bu günədək hökumətdən cavab almadıqlarını bildiriblər. 

Koçaryan Paşinyanı məhkəməyə verdi

Bu arada,Ermənistanın sabiq prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı məhkəməyə verib.Qeyd olunur ki, sabiq prezident Paşinyandan onun barəsində işlətdiyi fikirləri təkzib etməyi və 8 min dollara yaxın təzminat tələb edir. Ötən ay Nikol Paşinyan mitinq zamanı Robert Koçaryan barəsində "2008-ci il mart hadisələrini törədən şəxslər yenidən eyni şeyiləri planlaşdırır" fikrini səsləndirmişdi.