• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 08.04.2021 16:52

​Gəncədə karantin rejiminin tələblərinin icrasına nəzarət davam etdirilir

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsinin əməkdaşları karantin rejiminin qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirirlər. İri supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər çərçivəsində sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb ediliblər. Sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərməyin vacibliyi sahibkarlar, eləcə də alıcıların diqqətinə çatdırılıb.