• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1068
— 08.04.2021 12:01

Ermənistan müsbət addım atsa, Cənubi Qafqaz gələcəkdə sabitlik bölgəsi ola bilər

KepezTV Player

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Orta Asiya, Cənubi Qafqaz və Qarabağda baş verənlərlə bağlı küveytli həmkarını məlumatlandırıb. O, bu barədə Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir Məhəmməd əs-Sabahla birgə mətbuat konfransında bildirib. “Regionun rifahı ilə yanaşı, əhəmiyyətli layihələrin icrası, münasibətlərin normallaşması baxımından qarşımızda bir fürsət var. Ermənistan da bunu müsbət dəyərləndirsə, Cənubi Qafqaz gələcəkdə sülh və sabitlik bölgəsi ola bilər”. Sitatın sonu.