• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 08.04.2021 10:49

Zəngilanda 500 ağac əkildi

KepezTV Player

İşğaldan azad edilən torpaqlarda yenidənqurma işlərinə bir müddətdir ki,start verilib. Bəzi rayonlara yeni yollar çəkilir, binalar inşa edilir, bəzilərində isə yaşıllaşdırma işləri aparılır. Ötən gün Zəngilana təşkil edilən mediatur çərçivəsində 500 ədəd müxtəlif cinsli ağac əkilib. Vurğulanıb ki,rayon təkcə tarixi ilə deyil, həm də torpağı, iqlimi ilə seçilir. Amma əfsuslar olsun ki, mənfur düşmən 30 il ərazində Zəngilanı da talan edib.

Firdovsi Əliyev Ekologiya və Təbii Sərvətlər nazirinin müavini: Biz bu ərazilərdə daha çox iş görmək istəyirik. Amma əfsuslar olsun ki, hər şey bizim iradəmizdən asılı deyil. Ona görəki minalanmış ərazilərdi. İnsan həyatı bizim üçün daha önəmlidir. Bu ərazini bizim üçün təmizlədirlər. Bu gün bir hektara yaxın ərazidə biz akasiya ağacı 100 meliya ağacı eləcədə bu dilbər guşənin florasının möhtəşəm nümunəsi olan şərq çinarının toxumlarını səpdik.