• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1238
— 08.04.2021 09:38

Bu gün Ağdaban soyqırımının 29-cu ildönümüdür

KepezTV Player

İşğal altında olan torpaqlarımız azad olunsa da, erməni vandallarının azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar yaddaşlardan silinməyəcək. Bu gün üzdəniraq qonşularımızın Kəlbəcərin Ağdaban kəndində törətdikləri faciənin növbəti ildönümüdür.

29 il bundan öncə sözügedən Ağdaban soyqırımı baş verib. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən 130 evdən ibarət kənd tamamilə yandırılaraq yer üzündən silinib. Kəndin 779 nəfər dinc sakininə müxtəlif formada işgəncələr verilib, 67 nəfər qətlə yetirilib, 8 nəfər qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb.

Tarixin ən böyük soyqırımlarından sayılan Ağdaban faciəsi bu il qurbanlarının qisası alınmış, şəhidlərinin qanı yerdə qalmayaraq yad edilir. Vətən müharibəsində Kəlbəcərin işğaldan azad olunması hadisənin növbəti ildönümündə ağdabanlıları sevindirməyə bilməz.

Ermənilər Ağdabanda və ətraf kəndlərdə soyqırım törətməklə kifayətlənməyiblər. Onlar Azərbaycanın mədəni irsinə də ciddi ziyan vurublar. Erməni vandalları şair ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmalarını da məhv ediblər.