• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2565
— 07.04.2021 20:05

Ağ su abonentlərinin sayı 50 minə çatacaq

KepezTV Player

Hazırda Gəncədə su-kanalzasiya layihəsinin reallaşdırılması çərçivəsində 40 min abonent fasiləsiz içməli sudan istifadə edir. İlin sonuna kimi daha 10 minə yaxın abonentə bu sıraya qoşulacaq.

Gəncədə içməli su və kanalzasiya xətlərinin yenilənməsi layihəsi çərçivəsində işlər davam edir. Fasiləsiz olaraq ağ su ilə təmin edilən abonentlərin mənzillərinə sayğaclar qoyulur. Artıq 40 min abonent içməli sudan istifadə edir.

Xanlar Hüseynov - sakin: Azərbaycanın milli qəhrəmanı Şahlar Hüseynovun qardaşıyam. Qardaşımın adına Fizuli parkının yanında küçə var. Əvvəllər sularımız zəif gəlirdi, evə çatdırılmırdı. İndi su xətti çəkiləndən həm suyu içmək üçün istifadə edirik, həm də qabları yumaq üçün istifadə edirik. Suyumuz 24 saat var.

İçməli su xətti çəkilən ərazilərdə 50-dən artıq subartezian quyusundan istifadə dayandırılıb.

Şöhrəddin Verdiyev - Gəncə Su-Kanal Törəmə Səhimdar Cəmiyyətinin direktoru: Gəncə şəhərində dördüncü müqavilə əsasında bütün işlər yekunlaşıbdır. Hazırda 3, 4-cü mikrarayon ərazisi, Kimyaçılar qəsəbəsi, Qırmızı kənd qəsəbəsi 24 saat su ilə əhali təmin olunur. Eləcə də kanalzasiya birləşmələri də yerinə yetirilir. Proses yenə davam edir. Əhməd Babayev, İsmət Qayıbov, Faiq Bayramov küçələrində əhatə edir. 1 və 2-ci mikrarayonda da işlər davam edir.

Paralel olaraq köhnə xətlərdə su itkisinin qarşısını almaq üçün ilin əvvəlindən Azərsu tərəfindən 10 km-dən çox müxtəlif diametrli borular yenilənib.

Şöhrəddin Verdiyev - Gəncə Su-Kanal Törəmə Səhimdar Cəmiyyətinin direktoru: Ondan əlavə Azərsu Səhimdar Cəmiyyətinin daxili imkanları hesabına hazırda Aqil Məmmədov, Abdulla Şaiq, Zeynəl Xəlil küçələrində də abonentlərə paylayıcı xətlər dəyişdirilib və həmin ərazilərdə mövcud şəbəkə ilə yenə içməli su ilə təmin olunurlar. Proses davam edir və yaxın gələcəkdə 50 min abonent içməli su ilə təmin olunacaqlar.

Hazırda Gəncədə 74 min abonent və 2100 qeyri əhali qrupundan olanlar sudan istifadə edir. Şəhər əhalisi 4 su mənbəyindən Göygöl, Qızılqaya, Şəmkirçay su təmizləyici qurğusu və subartezian quyularından su ilə təmin olunur.

Elnur Vahidoğlu