• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2300
— 07.04.2021 20:02

Zakir Həsənov təlimin təşkili və gedişi ilə maraqlanıb

KepezTV Player

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir. Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Müdafiə naziri general-polkovnik Zakir Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib. Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Nazir Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb, təlimlərin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.