• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2101
— 07.04.2021 15:41

Bakı və Gəncə sakinləri narkotiklə saxlanılıb

KepezTV Player

Sabunçu polisi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Hacıyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 2 kiloqram 120 qram marixuana və heroin aşkar edilərək götürülüb.Bundan başqa, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşları Bakı şəhər sakini V.İsmayılovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış keçiriblər. Sərnişin Gəncə şəhər sakini E. Abuzərliyə məxsus 2 kiloqramdan artıq heroin və 301 qramdan artıq metamfetamin aşkar edilib.