• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1075
— 07.04.2021 12:19

Din xadimlərinin Bərdə və Ağdama səfəri başlayıb

KepezTV Player

Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimlərinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başlayıb. Səfər çərçivəsində din xadimləri əvvəlcə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və şəhər Cümə məscidini ziyarət ediblər. Burada Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib və onların ruhuna dualar oxunub. Daha sonra səfər iştirakçıları Ağdama yola düşüblər. Səfər çərçivəsində Ağdam məscidində namaz qılınacaq.