• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3163
— 07.04.2021 09:30

Ermənistanla sərhəddə növbəti hərbi hissə fəaliy­yə­tə başlayıb

KepezTV Player

Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliy­yə­tinə başlayıb. Mərasimdə iştirak edənlər hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə, o cümlədən inzibati bina və təlim mərkəzi, eləcə də şəxsi heyətin iş otaqları,təlim sinifləri, silah və texniki vasitə­lər, avtomobil texnikası ilə tanış olublar. Təlim mərkəzinin atış poliqonunda zirehli texnikalardan, atıcı silahlardan, minaatan və zenit qurğularından təlim atışları yerinə yetiriib.