• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2615
— 06.04.2021 20:40

Magistral yol kənarlarına ağac əkilir

KepezTV Player

Yaz mövsümü ərzində  qərb bölgəsinin magistral avtomobil yollarının kənarına 10 mində çox müxtəlif növ ağac əkiləcək. Bir müddətdir ki, havaların mülayim keçməsi əkin prosesini aktivləşdirib. Goranboy rayonundan keçən  avtomagistralın kənarına indiyə kimi 3 minə yaxın ağac əkilib.

Hazırda ağac əkmə aksiyası Bakı – Qazax avtomagistralının 313-327-ci km-də həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 Nömrəli Regional Yol Yaşıllaşdırma MMC-nin kollektivi yol kənarlarını məişət tullantılarından təmizləyir, ərazidə çalalar qazır. Burada yerli iqlim şəraitinə uyğun olan Eldar şamı, küknar, tuya, kiparis kimi həmişə yaşıl ağacları əkilir.

Arif Əliyev bölmə rəisi: On gün bundan əvvəl baramaçılığın inkişafı məqsədi ilə cəmiyyətimiz tərəfindən çəkil ağaclarının əkilməsi təşəbbüsü irəli sürülmüşdü. Biz də o təşəbbüsə qoşularaq 2 min ədəd çəkil ağacı əkmişik. Hazırda əkin prosesi də davam etdirilir. Əsasən də suvarma sistemini nəzərə alaraq əkin yerlərini götürürük. Hazırda da çox yeri əkə bilmirik. Çünki otlaq sahərli, sürülərin gediş-gəlişinə görə biz yeri seçirik. İndi seçdiyimiz yer yeni yerdir. Burada illərnən ağac əkini olmamışdı. Ona görə də burada yaşıllıq zolağı salınır.

İdarə tərəfindən payız mövsümü zamanı qərb bölgəsinin magistral yollarının kənarına 5 mindən çox  Eldar şamı, küknar, tuya, kiparis eləcə də 4 minə yaxın meyvə ağacları əkilib. İşçilər tərəfindən ağaclara mütamadi olaraq qulluq edilir.

Elnur Bəhrəmov  mühəndis: Bu gün yaz əkini aksiyası davam edir. Sakinlərdən xahiş edirik ki, bu ağacları qoruyaq. Mal heyvanın ağacları qırmasına imkan vermiyək. Bu bizim ekologiyamızdır, təmizliyimiz və gələcəyimizdir. Təmizliyə riayət edib, ağacları qoruyaq.

Magistral yolun suvarılması üçün 5 su avtomobilindən və 11 artezian quyusundan çəkilən xətlərdən istifadə edilir.

Elnur Vahidoğlu