• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1386
— 06.04.2021 20:37

İctimai nəqliyyatlar dezinfeksiya olunur

KepezTV Player

Gəncədə karanavirus infeksiyası ilə bağlı olaraq  qabaqlayıcı tədbirlər çərçivəsində şəhərdaxili sərnişindaşıyan avtobuslar dezinfeksiya edilir. Avtobusların salonları yuyulduqdan sonra oturacaqlar, əl tutulan yerlər xüsusi məhlullarla dərmanlanıb. İstifadə olunan tibbi məhlul beynəlxalq standartlara uyğundur və heç bir zərər verici təsirə malik deyil. Həmçinin avtobus qarajının həyəti, girişi də dizinfeksiya edilib. Gəncədə  28 marşurut xətti üzrə 230 avtobus və mikroavtobus fəaliyyət göstərir. Dezinfeksiya olunmuyan avtobuslar xəttə buraxılmır.

Ceyhun Hüseynov sürücü: Maşınlar mütamadi olaraq dezinfeksiya olunur. İşə çıxdıqdan sonra da maskalardan mütamadi olaraq istifadə olunur. Hamıya da məsləhət görürük ki, maskalardan istifadə etsin. Ara məsafələrini saclamaqda sərnişinlərə göstərişlər veririk, köməklik edirik.

Ruslan Paşayev  Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin hüquqşünası:Dezinfeksiya prosesi idarəmizin əməkdaşları tərəfindən tam olaraq nəzarət edilir. Bununla paralel olaraq avtobuslar sürücülər və sərnişinlər arasında şəffaf ara kəsmə ilə təmin edilib. Sərnişinlərin karona virus infeksiyasından qorunması məqsədi ilə avtobuslarda maarifləndirici materiallar dərc olunubdur. İdarəmizin əməkdaşları tərəfindən gündəlik olaraq manitorinqlər keçirilir. Aşkar edilən nöqsanlar müvafiq qanun vericiliyin tələblərinə uyğun olaraq dərhal aradan qaldırılır. Sərnişinlərə və sürücülərə metodiki göstərişlərə əsasən tibbi maskadan düzgün istifadə qaydaları izah olunur. Zərurət yarandığı halda sərnişinləır idarəmizin sərnişinləri tərəfindən pulsuz olaraq tibbi maska ilə təmin edilir.