• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 06.04.2021 11:56

Göygöldə toy edənlər məsuliyyətə cəlb olunublar

KepezTV Player

Göygöl rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən restoranda toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb,  iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. 29 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb. Restoran sahibi barəsində isə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.