• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 06.04.2021 11:52

Qəzada iki nəfər xəsarət aldı

KepezTV Player

Bakının Sabunçu rayonunda yol qəzası qeydə alınıb. 38 yaşlı Abdul Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. Bu zaman o, sükana nəzarəti itirib və avtomobil yol kənarındakı işıq dirəyinə, daha sonra yol ayrıcına çırpılaraq digər zolaqda hərəkətdə olan, Ramiz Əsgərovun idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində A.Ağayev və avtomobildə olan digər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.