• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2525
— 06.04.2021 11:39

Azərbaycanda koronavirusa yoluxma sayının belə artacağı əslində gözlənilən idi

KepezTV Player

Hazırda ölkədə 25 min 830 aktiv koronavirus xəstəsi var.Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Ümüd Səlimzadə Azərbaycanda qapanmalara gedilib gedilməyəcəyi ilə bağlı danışarkən belə deyib. Bildirib ki, Azərbaycanda koronavirusa yoluxma sayının belə artacağı əslində gözlənilən idi. Həm dünyada koronavirusun növbəti dalğasının yayılması, həm də britaniya ştamının tapılması bunu ehtimal etməyə əsas verirdi.

Ümid Səlimzadə həkim: Britaniya ştamının ən özəl xüsiyyətlərindən biri də onun tez bir zamanda yayılması idi. Yəni digər ştamlarla müqayisədə. Hələ ki, bildiyimiz ştammlarla müqayisədə. Onun üçün Azərbaycanda sayın belə artacağı açığı gözlənilən idi. Və təəccübləndirici deyildi. Ən son brifinqdə deyildi ki, bizim hardasa 10 min xəstəyə qarşı, daha doğrusu 10 min çarpayımıza qarşı 1500 xəstəmiz var. Onda bizim bufer zonamız 8500 çarpayı edir. Amma ondan sonra xəstə sayımız iki dəfəyə yaxın artıb.