• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1392
— 06.04.2021 11:31

Mühəndis təminatı üzrə tədbirlərin icrası davam edir

KepezTV Player

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Dağlıq ərazilərdə yerləşən bölmələrimizin mövqeləri istiqamətində yeni yolların çəkilməsi üzrə mühəndis işləri icra edilir.