• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2535
— 05.04.2021 19:00

Toy məclisi təşkil edən şəxslər müəyyən olunub

KepezTV Player

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayonun Xoruzlu kənd sakini Ziyəddin Əbdülkərimovun şəhər ərazisindəki istirahət mərkəzində qonaqların iştirakı ilə oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib. Bundan başqa Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş digər tədbirlərlə rayonun Düyərli kənd sakini Namiq Vəliyevin şəhər ərazisindəki restoranların birində qardaşına toy məclisi təşkil etdiyi də müəyyən edilib. Hər iki toyun təşkilatçısı barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.