• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1106
— 26.03.2021 15:20

XİN Ermənistanın “mədəniyyət cinayətləri” barədə əsassız iddialarına cavab verib

KepezTV Player

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “mədəniyyət cinayətləri” törətmək barədə əsassız iddialarını şərh edib. “BBC News” Azərbaycanın Cəbrayıl şəhərində “Erməni kilsəsinin yoxa çıxması” barədə xəbər yayıb. Bu cür ittihamları ciddi şəkildə nəzərdən keçirir, lakin UNESCO üzrə Ermənistan milli komissiyasının Azərbaycan tərəfindən hər hansı bir “mədəniyyət cinayəti” törədilməsi barədə iddialarını qətiyyətlə rədd edirik. Azərbaycan mədəniyyətin və dini müxtəlifliyin qorunmasına sadiqliyini dəfələrlə təsdiqləyib və bu, dəyişməz olaraq qalır", - deyə XİN-in açıqlamasında bildirilir. Qeyd olunur ki, iddia olunan “yoxaçıxma” məsələsinə kompleks şəkildə baxılmalıdır. Sözügedən ibadətgah beynəlxalq səviyyədə Azərbaycanın əraziləri kimi tanınan torpaqlarda Ermənistanın 30 illik işğalı dövründə qeyri-qanuni şəkildə inşa edilib və 1993-cü ildə qanunsuz işğala qədər həmin ərazilərdə yalnız etnik azərbaycanlılar məskunlaşıb. İbadətgah Ermənistanın Cəbrayılda və Azərbaycanın digər işğal olunmuş bölgələrində nəsillər boyu yaşamış azərbaycanlıların evlərini və mədəni irsini dağıtdığı bir dövrdə tikilib.