• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2470
— 25.03.2021 18:12

Goranboy və Balakəndə yas mərasimlərinin qarşısı alınıb

KepezTV Player

Goranboy Rayon Polis Şöbəsinə Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal həmin kəndə gələrək mərasimi başlamadan dayandırıblar. Məclisin təşkilatçısı 200 manat məbləğində cərimə edilib.

Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Mərasimlərin keçirilməsinin qarşısı alınıb,  ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb. Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.