• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 25.03.2021 17:56

Rusiya FHN-in növbəti pirotexniklər qrupu Azərbaycana gəlib

KepezTV Player

İşğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatlarında iştirak etmək üçün Rusiya FHN-in növbəti pirotexniklər qrupu ölkəmizə gəlib. 25 nəfər təcrübəli mütəxəssisdən ibarət olan bu qrup artıq 3 aylıq fəaliyyətini başa vuraraq Rusiyaya geri dönən digər qrupu əvəz edəcək. Gəncə Beynəlxalq Hava Limanında rusiyalı pirotexnikləri Azərbaycan FHN-in Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Feyziyev qarşılayıb.