Bu günə xəbərlərin oxunma sayı: 666
—
25.03.2021 17:53
Hikmət Hacıyevdən Cəbrayılda erməni kilsəsinin sökülməsi ilə bağlı paylaşım
KepezTV Player
Prezidentin köməkçisi Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib. Hacıyev “Twitter” səhifəsindəki paylaşımda vurğulayıb ki, 2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdi. "Orada qeyd olunurdu ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir", - deyə tvitdə bildirilir.
- Baxış: 480
