• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1260
— 25.03.2021 17:45

Azad edilən ərazilərdə mina təhlükəsi

KepezTV Player

"İşğaldan azad edilən ərazilərdə elə yerlər var ki, ermənilər orada hər kvadrat metrdə 10-dan çox mina basdırıb" - BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu barədə məlumat verib. Bildirib ki, İşğaldan azad olunan ərazilərdə 40-a yaxın mülki şəxs minaya düşüb. "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov isə Qarabağ münaqişəsi dövründə Azərbaycanda 3000-ə yaxın vətəndaşın minaya düşdüyünü deyib.