• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 24.03.2021 18:33

44 günlük Vətən müharibəsinin iştirakçısı

KepezTV Player

Növbəti sujetimizin qəhrəmanı 44 günlük Vətən müharibəsinin iştitrakçısı, Qələbə xəbərini Laçında - Ermənilərlə 500 metrlik məsafədə alan Xəlil Yusubov haqqındadır.

1994-cü ildə Gəncə şəhərində dünyaya göz açan Xəlil Yusibov torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük müharibədə könüllü olaraq ordu sıralarına yazılıb. Onun igidliyi bir neçə medalla qiymətləndirilib. Uşaqlıq arzusu Qarabağı görmək olan Xəlil o müqəddəs torpaqlara ayaq basdığı, Qarabağın düşmən tapdağından xilas olunmasına töhfə verdiyi üçün özünü xoşbəxt sayır.

Azərbaycan əsgərinin necə cəsur, necə qorxmaz olduğu Xəlillə söhbət əsnasında bir daha aydın olur. İgid Vətən oğullarının hər zaman yalnız bir şüarı olub: “torpaqların azadlığı yolunda öldü var döndü yox”.

Azərbaycanın zəfər tarixinin yazıldığı 10 noyabr tarixində Xəlil Yusubov və döyüş yoldaşları qələbə xəbərini Laçında alıblar. Müharibə iştirakçısı həmin vaxtı həyatının ən yadda qalan günü kimi xatırlayır.

Döyüş vaxtı bir neçə yaralıya kömək edən Vətən müharibəsi iştirakçısı şəhidlərin qanının yerdə qalmadığına, qisasının alındığına görə hər kəs kimi sevinclidir.

Xəlil Yusubov döyüşlər vaxtı 18 gün düşmən mühasirəsində qalır. Bu müddətdə oğullarından xəbər ala bilməyən ailə böyük nigaranlıq keçirir. Amma, anası Sevil xanım deyir ki, Xəlilin sağ olduğunu, yaşadığını hiss edirmiş. Qələbədən sonra Yusubov ilk olaraq anasına zəng edir, müjdəni çatdıraraq gözaydınlığı verir.

Xəlil Yusibov Ali Baş Komandan tərəfindən Cəbrayıl, Qubadlı, Laçının azad olunmasına görə və “Vətən müharibəsi iştirakçısı” medallarına layiq görülüb.

Nərgiz Əhmədqızı