• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 24.03.2021 18:44

Şəhidlər xiyabanı və şəhid ailələri ziyarət edilib

KepezTV Player

Bütün bayramlarda, xüsusilə də Novruz bayramında adətən ailələr, qohumlar yaxınlarının məzarlarını ziyarət edərək onların ruhlarını şad edirlər. 2021-ci ildə isə tamam fərqli bir mənzərə yarandı. Hamı doğmaları ilə yanaşı Vətən müharibəsinin qəhrəmanları olan şəhidlərimizi də yad etmək üçün xiyabanlara axışdı. Hər kəs şəhidlər xiyabanını ziyarət etməyi özünə borc bilib.

Parlamentin üzvü Gəncədə yerləşən şəhidlər xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların məzarlarına tər qərənfillər düzüb, ruhlarına dualar oxuyub. Millət vəkili burada torpaq üçün canını fəda edən şəhidlərin valideyləri ilə də söhbət edib, övladlarının şücaətinə görə erməni qəsbkarları tərəfindən işğal olunan ərazilərimizin azad olunduğunu və onların sayəsində bu gün bayramı rahatlıqla qeyd etdiklərini dilə gətirib. Gələcək nəsillərimiz üçün şəhidlərimizin şanlı tarix yazdığı, buna görə də adlarının əbədi olaraq yaddaşlara həkk edildiyi vurğulanıb.

Müşfiq Cəfərov deputat seçildiyi ərazilərdə yaşayan bir neçə şəhid ailəsinə də baş çəkib. Bayram münasibətilə şəhid Rəşad Ələkbərov və Səxavət Həsənovun ailəsini təbrik edilib və bayram sovqatı təqdim olunub.