• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1704
— 24.03.2021 17:02

MN Yuxarı Mollu və İşıqlı kəndlərindən videogörüntülər paylaşıb

KepezTV Player

MN Həkəri çayının sahilində yerləşən Qubadlı rayonunun Yuxarı Mollu kəndindən videogörüntülər paylaşıb. Xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı və silahdaşı Həcər burada anadan olub. Kəndin ərazisi əvvəllər Mollu, indiki Aşağı Mollu kəndinin binə yeri olub. XVIII əsrin axırları-XIX əsrin əvvəllərində Mollu kəndindən ayrılmış ailələr keçmiş binə yerində məskunlaşaraq Yuxarı Mollu kəndini salıblar.

Nazirlik Füzuli rayonunun İşıqlı kəndindən də kadrlar yayımlayıb. Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.