• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1575
— 24.03.2021 17:27

Azərbaycana mina xəritələrinin verilməməsi cinayət aktıdır

KepezTV Player

Bu gün Azərbaycana minalanmış ərazilərin xəritələrinin verilməməsi üçtərəfli bəyanatların həyata keçirilməsində əsas problemdir. Bunu Trend-ə rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. Politoloqun fikrincə, bu, yalnız razılaşmaların kobud şəkildə pozulması deyil, həm də çox cinayətkar bir hərəkətdir, çünki bu xəritələrin verilməməsi indi evlərinə qayıtmağa can atan çox sayda mülki şəxsin, eləcə də hərbçilərin ölümünə səbəb olur. Qeyd edib ki, demək olar ki, bütün erməni zabitləri Sovet nizamnaməsinə uyğun təhsil alıblar və həmin qaydalarda minalanmış ərazilərin xəritələrinin iki surətdə tərtib edilməsi ciddi şəkildə tapşırılır: "Həmin xəritələrdən biri bölmədə qalır, digəri isə Baş qərargahın xüsusi şöbəsində saxlanılır. Buna görə, şübhəsiz ki, bütün bu xəritələr onlarda var". Vurğulayıb ki, xəritələrin Azərbaycana verilməsi məsələsi Ermənistanın qarşısında sərt şəkildə qoyulmalı və bunda beynəlxalq təşkilatlar da iştirak etməlidir.