• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2604
— 23.03.2021 21:05

"Kəpəz"dən növbəti qələbə

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda çıxış edən Kəpəz növbəti qələbəsini qazanıb. Gəncəlilər bu uğura bu gün keçirilən 13-cü turdan təxirə salınan Qaradağ Lökbatanla ev oyununda nail olublar. Sarı-göylər qarşılaşmada erkən qola seviniblər. 14-cü dəqiqədə kapitan Əli Səmədov dəqiq zərbəylə komandasını önə keçirib. Bu qol həm də ilk yarının nəticəsi olub. Fasilədən sonra templi keçən görüşdə 78-ci dəqiqədə qonaqlardan Elnur Səmədov hesabı bərabərləşdirib. Ancaq sona yaxın sarı-göylər iki top vurmağı bacarıblar. 88-ci dəqiqədə Əli Səmədov həm özünün, həm də komandasının ikinci qoluna imza ataraq Kəpəzi yenidən hesabda irəli çıxarıb. Oyunda son nöqtəni Emil Qasımov qoyub. Əsas vaxta artırılan əlavə 9-cu dəqiqədə fərqlənən hücumçu Kəpəzin 3:1 hesablı qalibiyyətində rol oynayıb. Beləliklə Kəpəz ard-arda ikinci qələbəsini qazanıb.