• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1962
— 23.03.2021 20:48

Vətənin cəsur oğlu qazi Vüqar Həsənov

KepezTV Player

30 illik işğala son qoyan 44 günlük Vətən müharibəsi. O müharibə ki, Azərbaycanın haqq səsini bütün dünyaya duyurdu, qüdrətini hər kəsə  göstərdi. Haqqı ödənməz şəhidlərimiz canları, qazilərimiz isə sağlamlıqları bahasına tarix yazdılar. Sıradakı materialımızda Azərbaycan Ordusunun cəngavərlərindən biri – qazi Vüqar Həsənovu yaxından tanıyacağıq.

Gizir Vüqar Həsənov 2006-cı ilin yanvar ayında  Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. Həqiqi hərbi xidmətini bitirdikdən sonra yenidən Ordu sıralarına qayıtmaq qərarına gəlir. 2008-ci ilin mart ayından döyüş maşın komandiri olaraq xidmətə başlayır. Vüqar Həsənov Azərbaycan Ordusunun əks-hücum əməliyyatının başlamasını belə xatırlayır.

Vüqar Həsənov qazi:Sentyabr ayının 27si günü səhər tapşırıq veriləndən sonra biz həmin tapşırıqlara uyğun olaraq irəliləyirdik. Səhər saat 9-10 olardı ki, döyüşün ən güclü yerləri idi.Orda yanıma minemyot düşdü və qəlpə yarası aldım sağ baldırımdan 2 qəlpə yarası.ancaq o qədər sevinirdim ki, Azərbaycan torpağı işğaldan azad olunur deyə heç kamandirimə hiss etdirmədim ki, mən yaralanmışam. Çox fəxrlə vəyənpərvər bir oğul kimi, Azərbaycanın vətənpərvər oğlu kimi yüksək ruhla irəli gedirdim.

Vüqar Həsənov yaralı olmasına baxmayaraq, döyüş əzmini itirmədən düz üç gün mənfur düşmənə qarşı mübarizəsini davam etdirir. Qazimiz bir parçası olduğu şanlı Azərbaycan Ordusunun qələbə xəbərini isə xəstəxanada müalicə alarkən eşidir. Sağlamlığını itirsə də, “əsas olan şəhidlərimizin qanını yerdə qoymadıq, o mənim üçün hər şeydir” deyir.

Vüqar Həsənov qazi:Xocavənd rayon Hadrut qəsəbəsinə, Füzuli rayonu ilə yan yana idi.O istiqamətdə tapşırığa gedəndə orda vuruldum.Düşmən məni faqot deyilən silah var onla vurdular. 2500-3000 dərəcə istilik verir. Vurulsamda öz döyüş texnikamı düşmənə qənimət vermədim. Mexanikimə komanda verdim öz istiqamətimizə qaytardıq döyüş texnikasını. O istiqamətdən geriyə qayıdanda mənim yaralanmağıma görə alov gücləndi deyə məni çox yandırırdı.75% yanıq idi, 5 dənə də qəlpə bədənimdə.

İgid oğlu ilə fəxr edən Asim Həsənov deyir ki, ən sevindiyi an Qələbə xəbərini eşitdiyi məqam olub. 30 illik həsrətin bitməsi, şəhidlərimizin, oğlu Vüqarın timsalında qazilərimizin tökülən qanının yerdə qalmaması hər bir azərbaycanlı kimi onu da qürurlandırıb.

Asim Həsənov qazinin atası:Qələbə çalınanda sevindim, dedim çox şükür ki, müharibəmiz qurtardı, qırğınımız az oldu. Dövlətimiz sagolsun, hərbi hissəmiz sağolsun, hərbiçolərimiz sagolsun.Yəni buların hesabına biz vətənimizi xilas  elədik erməni quldurlarından.

Vətənin cəsur oğlu qazi Vüqar Həsənovun qəhrəmanlıq yolu Füzuli, Cəbrayıl, Xocavənd rayonlarından keçib. Gizirimiz “Fizuli rayon azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.