• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 672
— 23.03.2021 20:41

XİN hərbi əsirlərlə bağlı iddialara cavab verib

KepezTV Player

Azərbaycan beynəlxalq humanitar hüquq və insan haqqları hüququ daxil olmaqla, beynəlxalq normalara riayət olunmasına sadiqdir. Biz “Human Rights Watch” təşkilatının hərbi əsirlərlə Cenevrə Konvensiyalarına uyğun rəftar olunmaması ilə bağlı iddialarını rədd edirik. Xarici İşlər Nazirliyindən verilən məlumata görə,HRW tərəfindən erməni əsirlərinə qarşı pis rəftar hallarının olduğunu iddia edən son hesabat birtərəfli xarakter daşıyır, obyektiv vəziyyəti əks etdirmir.Azərbaycanda saxlanılan bütün erməni hərbi əsirlər və mülki şəxslərlə 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq rəftar edilib.Azərbaycanda hərbi əsirlərin olması iddialarına gəldikdə isə, Azərbaycan bütün hərbi əsirləri Ermənistana qaytarıb.Ermənistan hökuməti, həbslərin edildiyi konteksti qarışdırmağa çalışır. Qarşıdurmanın bitməsini ehtiva edən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycanda saxlanılan şəxslər hərbi əsir hesab edilmirlər. Azərbaycan hökuməti, HRW təşkilatını diqqəti Ermənistan tərəfindən azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, habelə itkin düşən minlərlə azərbaycanlıya qarşı pis rəftar faktlarına yönəltməyə çağırır.