• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 23.03.2021 20:40

Evləri raket zərbəsindən dağılan sakinlərin yeni mənzilləri...

KepezTV Player

Ötən gün xəbər verdiyimiz kimi Gəncədə vətən müharibəsi dövründə ermənistan silahlı qüvvələrinin atdıqları raket zərbələri nəticəsində yaşayış yerləri dağılan sakinlərin bir hissəsinə yeni mənzillər verilib. Əməkdaşlarımız həmin mənzillərlə tanış olublar. Azərbaycan Bayrağı küçəsi 272 ünvanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilib 60 ailəyə verilən mənzillər tam təmirli, istilik sistemi ilə, eləcə də mətbəx mebelləri ilə təmin edilib. Həyətdə istirahət güşələri, uşaqlar üçün əyləncə mərkəzləri tikilib.

Aydın Allahverdiyev sakin:Zərərçəkənlərdən biri də bizik. Mənfur erməni terorunun qurbanıyıq. Evimizi raket nəticəsində dağıtdılar. Sağ olsun ölkə başçımız, ali baş komandanımız verdiyi sözün üstündə durdu və ondan da artıq etdi. Hətta ondan da artıq evlər verildi. Evimiz orada 2 otaqlı idi, burad 4 otaqlı mənzil verdilər. Ölkə başçısına təşəkkürümü bildirirəm ki, dar gündə bizi yalnız qoymadı, yanımızda oldu.

Şəbəkət Nəzirova sakin:Ələkbərbəy Rəfibəyli küçəsində yaşıyırdıq. Oktyabırın 11-də gecə saat 2-də raket düşdü, evlərimiz dağıldı. 10 şəhidimiz oldu, mənim nəvəm yaralandı. Sonra kirayəyə çıxdıq sonra kirə haqqımızı ödədilər. Çox sağ olsun prezidentimiz indi də evnən təmin elədilər. Bu boyda işin qabağında çətin bir vaxtda prezidentimiz bizi evlə təmin elədi, çox sağ olsun.