• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1406
— 22.03.2021 16:59

Martın gəlib getməsi niyə dərdə çevrilir?

KepezTV Player

Yazın gəlişi, bayram əhval-ruhiyyəsi bu ayı insanlara sevdirir. Lakin bəzi insanlar martın “ağır” ay olduğunu fikirləşirlər. Əslində, böyüklərdən eşitdiyimiz “Mart gəldi, dərd gəldi” ifadəsi belə bir təəssüratı formalaşdırır. Bəs bu deyim hardan yaranıb və nəyə əsalanır?

Martla bağlı mənfi deyimin psixoloji tərəfləri də var. Belə ki, bu ayda bayramların çoxluğu, yaranan əlavə xərclər insanlara gərginlik üçün də əsas verir.

Bəzi folklorşünaslar bildirir ki, qədim zamanlarda ölkəmizdə mart ayına problem, dərd kimi baxıblar, onun tezliklə çıxmasını gözləyiblər. Martdan sonra isə təbiət tamamilə oyanmağa, yaşıllaşmağa başlayır. İnsanların da həyatları rahatlaşmağa doğru getdiyindən “Mart çıxdı, dərd çıxdı” deyirlər.

Əslində isə martın gəlişini - gözəl təbiətin oyanışı, əhval-ruhiyyəni yüksəldən bayranlara hazırlıq kimi qəbul etmək və qeyd etmək məsləhət görülür. Fəsillərdən asılı olmayaraq ayları necə qarşılasaq, bütün gözəlliklərini sağlam və şən ruhda duya bilərik.