• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 22.03.2021 15:58

Ukraynalı hərbi jurnalist Qarabağda

KepezTV Player

Hər bir qələbənin adı olur. Dağlıq Qarabağ müharibəsində qələbənin adı isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Müharibənin aparılmasında siyasi iradə, məsuliyyət və cavabdehlik olmalıdır. Prezident İlham Əliyev bunların hamısını öz üzərinə götürdü. Bu fikri Ukraynanın tanınmış hərbi jurnalisti Roman Boçkala Azərbaycana səfəri ilə bağlı hazırladığı reportajda söyləyib.Reportajda dövlət başçısının 44 günlük müharibədə həyata keçirilən uğurlu hərbi əməliyyatlarına dair sitatlarına, tətbiq edilən müasir silahlar barədə məlumatına yer ayrılıb. Boçkala vurğulayıb ki, baxmayaraq prezident İlham Əliyevlə mətbuat konfransı koronavirusa görə onlayn rejimdə keçirildi, ancaq prezident bütün suallara ətraflı, faktlara, rəqəmlərə söykənən cavabı onu heyrətləndirdi. Ukraynalı hərbi jurnalist Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olaraq, oradan real vəziyyət haqqında da xüsusi reportaj yayımlayıb.