• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 22.03.2021 18:23

Evləri dağıdılmış ailələr yeni mənzillərlə təmin edilib

KepezTV Player

Vətən müharibəsi dövründə ermənistan silahlı qüvvələrinin Gəncəyə atdıqları raket zərbələri nəticəsində yaşayış yerləri dağılmış sakinlərin bir hissəsi yeni mənzillərlə təmin edilib. Dövlət Komissiyası ilkin mərhələdə raket zərbələri nəticəsində dağıntıya məruz qalmış çoxmənzilli yaşayış binalarında yaşayan 89 ailəni müəyyən edib. Həmin binalarda yaşayan 66 ailə Mənzil İnşaatı Dövlət Agentliyinin Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 272 ünvanında inşa etdiyi yeni yaşayış kompleksində tam təmirli mənzillərlə təmin edilib. Mənzillərin bölgüsü vətəndaşlara məxsus yaşayış sahələrinə müvafiq - püşkatma yolu ilə müəyyən olunub. Martın 4-də püşkatma nəticəsində 66 ailəyə aid 92 mənzilin yeni ünvanı müəyyən edilib və müvafiq sənədləşmə işinin aparılmasına başlanılıb. Novruz bayramı günlərində isə 60 mənzilə dair müvafiq sənədlər və mənzillərin açarları sahiblərinə verilib. Sənədləşmə işi hazırda davam edir.