• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 22.03.2021 16:05

MN Çardaqlı, Ağtəpə, Yuxarı Güzlək kəndlərindən videogörüntülər paylaşıb

KepezTV Player

Daha bir görüntü Cəbrayıl rayonunun Ağtəpə kəndindəndir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınıb. Adını ərazidəki eyniadlı dağdan alıb.

Yaşayış məntəqəsi rayon ərazisində mövcud olmuş Korcalanlı kəndindən köçüb gələn ailələrin Çardaqlı düzü adlı yerdə məskunlaşması nəticəsində yaranıb. Xalq etimologiyasına görə, Çardaqlı toponimi keçmişdə orada gözətçi məntəqəsi kimi mövcud olmuş çardağın adı ilə əlaqədardır.

Nazirlik Füzuli rayonunun Yuxarı Güzlək kəndindən də kadrlar paylaşıb. Qozluçayın sahilində, dağətayi ərazidə yerləşən kəndin keçmiş adı Güzlək olub. XIX əsrdə ondan əmələ gəlmiş eyniadlı məntəqə Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılıb.