• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 19.03.2021 19:58

Beynəlxalq konfrans keçirilib

KepezTV Player

Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə  onlayn formatda beynəlxalq konfrans keçirilib.  Tədbir ali təhsil ocağının 50, İnzibati idarəetmə və Kommersiya kafedrasının 20 illiyinə həsr olunub.

Konfransda yarıməsrlik tarixə malik universitetdə görülən işlər, əldə edilən nailiyyətlər barədə məlumat verilib. Ali məktəbdəki ixtisasların bu gün də öz aktuallığını qoruduğu bildirib. Avtomatika, Telekommunikasiya və İnformatika Fakültəsinin tərkibində olan İnzibati idarəetmə və Kommersiya Kafedrasının həyata keçirdiyi layihələrdən, qurduğu yerli və xarici əlaqələrdən bəhs olunub. Universitetin və kafedranın tarixini əks etdirən videoçarx nümayiş etdirilib.

Onlayn konfransa 10 ölkənin müxtəlif ali məktəblərindən 25 elm adamı qatılıb. İştirakçılara İnzibati idarəetmə və Kommersiya Kafedrası tərəfindən hazırlanan elmi məqalələr toplusu təqdim olunub.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Texnologiya Universiteti vaxtilə Qafqazda yeganə mühəndis-texnoloq yetişdirən ali təhsil ocağı olub. Universitet 50 il ərzində yüzlərlə gəncə ixtisası üzrə sənət cığırı açaraq savadlı mütəxəssis yetişdirib. Onlardan bəziləri ölkəmizin hüdudlarından kənarda öz savadları, uğurları ilə vətənimizi layiqincə təmsil edirlər.