• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1427
— 19.03.2021 16:32

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

KepezTV Player

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 1 iyun saat 06:00-dək uzadılıb. Qərara əsasən aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti şənbə və bazar günləri dayandırılacaq. Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin tənzimlənməsinə dair qərar qəbul edib. Martın 20-si saat 00.00-dan martın 29-u saat səhər saat 6 -dək ictimai nəqliyyat işləməyəcək. Bu gün keçirilən brifinqində diqqətə çatdılıb ki, ən çox yoluxma faizi Bakıdadır - 52,9 %. Abşeron, Sumqayıt, Gəncə-Qazax bölgəsində il ərzində olduğu kimi yoluxmalar çox olaraq qalır. Martın 22-dən Azərbaycanda yaşı 40-dan yuxarı olan şəxslərin koronavirusa qarşı vaksinasiyasına başlanacaq. İndiyədək 500 mindən çox vaksin vurulub. Bu arada,  ölkədə koronavirus infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb, 334 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 244 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 232 228 nəfər müalicə olunaraq sağalıb, 3 325 nəfər vəfat edib, aktiv xəstə sayı 8 750-dir