• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1337
— 19.03.2021 16:22

5 nəfər azadlığa qovuşdu

KepezTV Player

Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamin icrası başa çatıb. Əfv edilən 625 nəfərdən 5-i Gəncədə yerləşən Penitensiar Xidmətin 5 saylı Məntəqə Tipli Cəzaçəkmə müəsisəsindən olub. Onlar cəzasının çəkilməmiş hissəsindən azad edilib. Məhkumlara buraxılış vərəqələri təqdim edilib. Novruz bayramı ərəfəsində verilən bu sərəncamın dövlətin humanist siyasətin bariz nümunəsi olduğu diqqətə çatdırılıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə ilə əvəzlənib.