• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1714
— 19.03.2021 12:16

Vətəndaşlara ikinci doza vaksin vurulur

KepezTV Player

Yaşı 50-dən yuxarı olan Kəlbəcər rayon sakinlərinin koronavirus xəstəliyənə qarşı vaksinasiyanın ikinci mərhələsi aparılır. İlkin olaraq rayon mərkəzi xəstəxanasında 635 nəfərə ikinci doza vaksin vurulub. Proses təyin olunan qrafiklə həyata keçilir.

Kəlbəcər rayon mərkəzi xəstəxanasında bu məqsədlə 5 xüsusi otaq yaradılıb. Könüllülük əsasında müraciət edən şəxs burada sosial izalyasiya qaydalarına uyğun olaraq ara məsafəsi saxlamaqla, maskadan istifadə etməklə qeydiyyata alınır. Həkimlər tərəfindən yoxlanılan tibb işçilərinə soyuducuda saxlanılan vaksinlər vurulur. Martın 8-dən ikinci doza vaksinlərin vurulmasına başlanılıb. Təyin olunan qrafiklə gün ərzində burada 25 nəfərə yaxın sakin peyvənd olunur.

Feruz Məhərrəmov - Kəlbəcər sakini: 1500 ailəlik qəsəbədə yaşıyıram. Fevralın 16-da birinci peyvəndi vurdurdum. Təkrarən bu gün peyvəndə gəlmişik. Çox razıyıq, özümü yaxşı hiss edirəm.

Kifayət Məmmədova - Kəlbəcər sakini: Fevralın 16-da peyvəndi vurdurduq. Özümü yaxşı hidd edirəm. Bu gün də ikinci peyvəndə gəlmişəm. Özümü yaxşı hiss edirəm heç nəyim də yoxdu. Allah bu bəlanı, ağrını millətin üstündən götürsün.

Əli Alışanov - sakin: Ümumiyyətlə heç bir mənfi fəsadı yoxdu. Əhalinin sağlamlığı məqsədi ilə təşkil olunmuş bir kompaniyadır. Hər kəs öz yaşına uyğun gəlib peyvəndini vurdurmalıdır. Beləliklə ölkəmizin o cümlədən dünyanın üzərinə çökmüş bu xəstəlik aradan qaldırılmalıdır.

Qayadalara görə xəstəxanada vaksin vurulan hər bir şəxsə tibbi pasportlar verilir. Burada vurulan hər iki peyvəndin tarixi ardıcıllıqla yazılır.

İbad Mirzəyev - həkim: Kəlbəcər rayon Mərkəzi Xəstəxanasıda fəal iştirak edir. Gəncə və Gəncə ətrafında olan vətəndaşlarımız qrafik üzrə gəliblər, vaksin olublar. Heç bir əlavə fəsad olmuyub. Göygöl rayonunda Samuxda və digər rayonlarda olan vətəndaşlarımız gəlirlər və öz dozalarını alırlar. Bütün idarə və təşkilatlar iştirak edir.

Yanvar ayından rayon mərkəzi xəstəxanasında 759 nəfərə birinci doza peyvənd vurulub. Pyvənd olnanlardan 314 nəfəri 65 yaşdan, 379 nəfəri 50 yaşadan yuxarı olanlar, eləcə də 66 nəfər isə 50 yaşadək olan vətəndaşlardır. Vaksin olunanlardan 72 nəfəri xüsusi risk qrupuna daxil olan tibb işçiləridir.

Elnur Vahidoğlu