• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 19.03.2021 12:04

Ermənistan əhalisinin 70%-i Azərbaycanla razılaşmanın qorunmasına tərəfdardır

KepezTV Player

Ermənistanda əhalinin 70%-i Azərbaycanla əldə edilmiş razılaşmanın qorunmasına tərəfdardır. Bu, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi sorğunun nəticələrində əksini tapıb. “10 noyabr atəşkəs razılaşmasından sonra Ermənistan hökumətinin fokuslanmalı olduğu növbəti addımlar nə olmalıdır?” sualına cavabında respondentlərin 97%-i iqtisadiyyat, siyasi stabillik və sosial məsələlər kimi amilləri qeyd ediblər. Əhalinin 70%-i hərbi münaqişənin yenilənməsi bahasına Ermənistanın atəşkəs razılaşmasından geri çəkilməsinin əleyhinədir. Rəyi soruşulanların 79%-i hesab edir ki, Dağlıq Qarabağdan köçən ermənilər Ermənistanda evlə və işlə təmin edilməlidir. Sorğu bütün Ermənistan ərazisindəaparılıb.