• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1583
— 18.03.2021 19:42

Bu il ölkədə hidrometeoroloji situasiya mərkəzi qurulacaq

KepezTV Player

Bu il Azərbaycanını işğaldan azad olunmuş ərazilərindəki çaylarda suların miqdarını ölçmək üçün 12 cihazın alınması nəzərdə tutulub. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib. Onun sözlərinə görə, əvvəlki illərdə başlanan və dövlət investisiyası çərçivəsində həyata keçirilən hidrometeoroloji avadanlıqların alınması layihələrinin icrası bu il də davam etdiriləcək:"Layihə çərçivəsində 5 ədəd atmosfer havasının monitorinqi stansiyası alınaraq respublikanın böyük şəhərlərində, üçü Bakıda, biri Gəncədə, biri isə Sumqayıtda olmaqla quraşdırılıb. 2 ədəd erkən xəbərdarlıq sistemi alınaraq Göygöl və Şamaxı rayonları ərazisində quraşdırılıb. Bu avadanlıqlardan toplanılan məlumatların emalı və modelləşdirilməsi üçün yeni situasiya mərkəzinin 2021-ci ildə alınaraq quraşdırılması nəzərdə tutulub.