• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1509
— 18.03.2021 19:47

Dağılan evlər bərpa olunur

KepezTV Player

Müharibə zamanı Füzulidə ermənilər tərəfindən dağıdılan evlərin tikinti və təmir-bərpası aparılır. Artıq bəzi işlər yekunlaşıb.

Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Füzuli rayonunda ziyan dəyən evlərin və sosial obyektlərin tikinti və bərpası davam etdirilir. İşləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparır.Horadiz şəhər sakini Bağdagül Abbasova deyir ki, yaşadıqları ev ermənilərin atdığı mərmilər nəticəsində dağılıb. Hazırda sakinlər üçün yeni fərdi ev tikilir.

Bağdagül Abbasova  sakin: 5 otaqlı evimiz yandı içində əşyasıynan bir hamısı yandı kül oldu qəldik gördüh ki kül olub. Bu ev yenidən tikildi noldan tikildi.

Erməni təxribatı Möhrab Məmmədovun da yaşadığı evdən yan keçməyib. Düşmən mərmi ilə onun da evini vurub dağıdıb. Həmin evin də tikintisi üçün vəsait ayrılıb və inşa işləri görülür.

Möhrab Məmmədov sakin: Erməni təxribatı tərəfinnən mərmilər atıldı biz heş bir oları diqqət vermədən əziyyət çəksəkdə eybi yoxdu hər bir şəraitə dözdük oların pis əməlləri ancax mülki əhalidən çıxmağa çalışdılar güjdü təxribatdar yaratdılar onlar. İndi də görürsünüz bax gözəl tikilişdər gedir məmun oluruq.

Ermənilər müharibəyə qədər işğal altında saxladıqları ərazilərdəki dini abidələrimizi dağıtdığı kimi, müharibə dövründə də bu əməllərindən əl çəkmədilər. Horadiz şəhərindəki məscid də ermənilər tərəfindən dağıdıldı.Artıq dini məkanın təmir işləri yekunlaşmaq üzrədir.

Nəriman Nəsirov Məscidin imamı: Məscidimizə ziyannıq dəymişdi. Sağolsun dövlətimiz ki yanı müharibə qurtarandan sonra dərhal Məçidimizdə təmir bərpa işləri həyata keçirildi və Yüksək səviyədə Məçidimiz təmir olundu.

Elə bəzi evlərin də təmiri artıq başa çatıb. Düşmənin ağır artilleriya atəşi nəticəsində Babı kəndində ziyan dəyən Vəliyevlər ailəsinin evi tam təmir edilərək ailənin istifadəsinə verilib.

Əkbər Vəliyev Babı kənd sakini: Burda ağır snaryadlar düşüb bizim evlərə zərər dəyib. İndi hal hazırda gözəl göyçək təmir olunmuş evdə yaşıyırıq.

Qeyd edək ki, Füzuli rayonunda Horadiz şəhəri ilə yanaşı 14 kənddə ümumilikdə 360-dan çox dağıntı qeydə alınıb. Dağdılmış və qəzalı vəziyyətdə olan 12 fərdi evdə yenidənqurma işləri aparılır. 150-ə yaxın yaşayış və qeyri yaşayış obyektinin isə təmiri tamamlanıb. 90-a yaxın obyektdə isə işlər davam etdirilir.