• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 18.03.2021 17:39

Yol polisi Novruz bayramı ilə bağlı sürücülərə müraciət etdi

KepezTV Player

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Novruz bayramı ilə əlaqədar sürücülərə müraciət edib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkənin şəhər və rayonlarından sərnişin daşımalarının dayandırılmasına baxmayaraq, bəzi fiziki və hüquqi şəxslərin, əsasən də "Mercedes-Benz Viano" və "Vito" markalı nəqliyyat vasitələri ilə bu fəaliyyətlə məşğul olması, həmçinin sürücülərin gün ərzində yuxu və istirahət rejiminə əməl etmədən yorğun formada uzun məsafəli yolu bir neçə dəfə gedib gəlməsi sonda ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval ruhiyyə ilə keçirilməsi üçün dövlət yol polisi əməkdaşları bayram günləri ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarəti gücləndirəcək.