• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1213
— 18.03.2021 17:37

Təhsildə COVİD-19-un yaratdığı vəziyyət açıqlanıb

KepezTV Player

Təhsil naziri bildirib ki,Novruz bayramı günlərində - 9 gün ərzində olan dinamika məktəblərin fəaliyyətini şərtləndirən əsas amil olacaq. Bu mənada, vətəndaşlar vəziyyəti düzgün dərk edib daha ehtiyatlı davranmalıdırlar. Yoluxma sayının aşağı enməsi məktəbin fəaliyyətini davamlı saxlamağa imkan verəcək.Nazirin sözlərinə görə, fevralın 1-dən 164 ibtidai sinif şagirdi virusa yoluxub, bunların hamısı məktəbdə olub. Virusa yoluxanlardan 282-si V-IX sinif şagirdidir. 714 işçi heyət virusa yoluxub. Ümumilikdə 626 sinif distant təhsilə keçib, onlardan 233-ü geri qayıdıb, 393 sinif hazırda distant təhsildədir, 48 məktəb distanta keçib, onların 41-i hazırda distantdadır, 7 məktəb ənənəvi tədrisə qayıdıb. Emin Əmrullayev məktəblərdə “Qarabağ tarixi” dərsliyi növbəti tədris ilindən “Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdləri üçün tədris ediləcək.

“Qarabağ tarixi” dərsliyi “Qarabağın zəfər tarixi” adlandırılacaq

Uşaqların 90 faizə qədəri məktəbəqədər hazırlığa gedir

Məktəbdaxili qiymətləndirmə ilə bağlı köklü və əsaslı müzakirələr aparılmalıdır.  Artıq pilot qaydada iki məktəbdə qiymətləndirmə prosesinə başlanılıb. Sonrakı illərdə bunun digər məktəbləri də əhatə etməsi planlaşdırılır. Nazir məktəbdaxili qiymətləndirmələrin azaldılmasının tərəfdarı olduğunu deyib.

Nazir İslam Universitetinin diplomları ilə bağlı məsələyə aydınlıq gətirib

İslam Universitetinin diplomunun tanınmaması ilə bağlı məsələyə də aydınlıq gətirilib.