• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1452
— 18.03.2021 17:33

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfərin tarixi açıqlanıb

KepezTV Player

"Aprelin 1-dən Azərbaycan və Türkiyə vətəndaşları həmçinin biometrik şəxsiyyət vəsiqələri ilə hər iki ölkə ərazisinə səfər edə və orada 90 gün qala bilərlər. Bu halda hər iki ölkə vətəndaşlarına məxsus sərhədkeçmə sənədləri - şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ölkə ərazisinə giriş tarixindən etibarən ən azı 30 gün etibarlılıq müddətinə malik olmalıdır". Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib.Onun sözlərinə görə, hər iki ölkənin ərazisindən üçüncü ölkələrə və digər ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportlardan istifadə olunması məcburidir. Şəxsiyyət vəsiqəsi ilə yaşamaq icazəsi üçün müraciət edilməsi nəzərdə tutulmur.